Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. FHN-dən SİA-ya verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rahid İmadəddin oğlu Şahmuradovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə