İsmayıllı rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Pirəbülqasım kəndində baş verib.

Nəticədə 12 ha kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə zolağı və evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə