Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq elm aləmində nüfuzu gücləndikcə digər Avropa dövlətlərinin də təhsil müəssisəsinə marağı artır. Bu baxımda ADAU-nun növbəti qonağı Budapeşt Baytarlıq Təbabəti Universitetinin əməkdaşı xanım Kata Meszardos olub.

Qonaq ADAU-nun Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin tələbələri ilə görüşüb və öz Universitetini tələbələrə video-çarxlar vasitəsilə təqdim edib. Bildirib ki, 200 ildən artıq yaşı və təcrübəsi olan universitetdə təhsil almaq almaq qürur verici haldır. Burada baytarlıq təbabətinin sirrləri bütün incəlikləri ilə, həm də müasir standartlara uyğun olaraq öyrədilir. Bu universiteti əla qiymətlərlə bitirənlərə Avropada işlə təmin olmaq imkanı da verilir.

Qonaq həmçinin bildirib ki, biz sizin universitetlə əməkdaşlıq və tələbə-müəllim mübadiləsi etməkdə də maraqlıyıq.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə