"Azərbaycan ilə Gürcüstanın neft-qaz sahəsində çox uğurlu əməkdaşlığı var"

Azərbaycan və SOCAR ilə əməkdaşlıq olmadan Gürcüstanın neft-qaz sektorunun işləməsi mümkün deyil. Neft-qaz sahəsində bizim çox uğurlu əməkdaşlığımız var. Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Neft-Qaz Korporasiyasının rəhbəri Teymuraz Qoçitaşvili söyləyib.

O deyib ki, Gürcüstan tərəfi bu əməkdaşlığı çox yüksək qiymətləndirir və gələcəkdə də münasibətləri daha da möhkəmləndirmək və genişləndirmək niyyətindədir.

T.Qoçitaşvili bildirib ki, Gürcüstanın yeraltı qaz anbarının tikintisi ilə bağlı tenderin ilkin nəticələri də yaxın günlərdə məlum olacaq. “Yeraltı qaz anbarının tikintisi ilə bağlı çoxlu müraciətlər olub. Onlar arasından 4-5 şirkət seçiləcək və həmin şirkətlər yekun tenderdə iştirak edəcək. İlkin nəticələr prezident seçkilərindən sonra məlum olacaq”, - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə