Ölkənin valyuta ehtiyatları 24 dəfə artıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasətdə, iqtisadiyyatda, beynəlxalq əlaqələrin genişlənməsi və möhkəmlənməsində böyük uğurlara imza atıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, 2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb.

Nazir bildirib ki, sahibkarlara şərtlərlə 2 milyard manatdan çox güzəştli kreditlər verilib: "İndiyədək ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarından çox sərmayə qoyulub, valyuta ehtiyatları 24 dəfə artaraq 44 milyard dollara çatıb, son 15 ildə ölkədə 1,9 milyondan çox yeni iş yeri açılıb. Maaşlar təxminən 7, pensiyalar 10 dəfədən çox artıb. İşsizlik 5 faizə, yoxsulluq 5,4 faizə enib".

Bütün xəbərlər Facebook səhifəmizdə