Britaniyalı nazir sərgi ilə tanış olub

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri Baronessa Rona Feyrhed Bakıda uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olub. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib.

İclasdan əvvəl Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri Baronessa Rona Feyrhedin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Biznes Mərkəzinin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...