Bank BTB “Bilik Yarışı” adlı müsabiqə elan edir

Bank BTB ASC 15 Sentyabr Bilik Gününə özəl olaraq öz rəsmi “Facebook” səhifəsində “Bilik Yarışı” adlı müsabiqəsi elan edib.

Müsabiqənin şərtlərinə görə iştirakçılara 90 saniyə ərzində ardıcıl olaraq 15 sual təqdim olunur. Hər sualda 4 cavab variantı verilir. Düzgün cavaba görə iştirakçılar 50 bal qazanacaqlar. Hər səhv cavaba görə isə iştirakçılardan 5 bal silinəcək. Müsabiqədə qənaət edilmiş saniyələrə görə də əlavə 5 bal sayılacaq. Həm də düzgün cavab ardıcıllığına görə iştirakçılar artan ardıcıllıqla əlavə 5 bal qazanacaqlar.

Əsas şərtlərdən biri də odur ki, hər iştirakçı müsabiqədə yalnız 1 dəfə iştirak edə biləcəkdir. Müsabiqədə iştirak edənlər Bank BTB-nin rəsmi “Facebook” səhifəsini bəyənməlidirlər (Like).

Müsabiqə 1 həftə ərazidə Sentyabrın 21-ə dək davam edəcək. Ən yüksək bal toplamış 3 iştirakcı müsabiqənin qalibi olacaq. Eyni bal toplamış iştirakçılar arasında üstünlük müsabiqədə tarix baxımından daha əvvəl iştirak etmiş iştirakçıya veriləcək. Qaliblərə Bank BTB ASC tərəfindən plastik kart və pul mükafatı hədiyyə olunacaq:

1-ci yer üçün Mastercard Platinum üstə gəl 500 AZN

2-ci yer üçün Mastercard Gold üstə gəl 250 AZN

3-cü yer üçün Mastercard Classic üstə gəl 100 AZN

Müsabiqə haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və bankın “Facebook” səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə