Dərbənddə Azərbaycanın dəstəyi ilə xalçaçılıq muzeyi yaradılacaq

Dərbənddə Azərbaycanın dəstəyi ilə xalçaçılıq muzeyi yaradılacaq.

SİA xəbər verir ki, Dərbənd şəhəri merinin mətbuat xidmətinin məlumatına görə, bu fikir Dərbəndin başçısı Xizri Abakarovun “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovla görüşündə səslənib.

Dərbənddə səfərdə olan Vidadi Muradov Dağıstanın bu qədim şəhərində əl xalçalarının nümayiş etdiriləcəyi etnoqrafiya muzeyinin yaradılması təklifini irəli sürüb. X.Abakarov təklifi dəstəklədiyini və yeni yaradılacaq muzey üçün bina müəyyən ediləcəyini bildirib.

Mətbuat xidmətinin məlumatında deyilir ki, muzeyin layihəsi tanınmış memar Fəxrəddin Miralay tərəfindən artıq hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...