Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda “Solong” layihəsinin təqdimatı olub. Məqsəd Azərbaycanın tarixi məkanlarında elektron musiqinin təbliğidir: Layihə rəhbəri bildirb ki, "Layihəyə yerli professional Dj prodüserləri cəlb etmişik. İlk çəkilişə Dj Estgamin və Kamil Esteni dəvət etdik. Hər iki Dj Azərbaycanın ən məşhur məkanlarında çıxış edir. Ölkəmizdə elektron musiqi janrına maraq böyükdür. Biz də istədik ki, bu musiqini daha geniş kütləyə təqdim edək. Bunun üçün Azərbaycanın tarixi məkanlarını seçdik. Layihənin “YouTube” kanalı da fəaliyyətə başlayıb. "Solong" kanalına abunə olmaqla insanlar Azərbaycanın tarixi məkanlarını elektron musiqi ilə sintez şəklində kəşf edə biləcəklər".

"Solong" layihəsi gənclərin və həmçinin turistlərin marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə