Aktrisa hönkür-hönkür ağladı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Lətifə Əliyevanı “Xalq artisti” fəxri adına layiq görülüb.

Fəxri ada layiq görülən aktrisa SİA ilə sevincini bölüşüb: "Uzun müddət idi ki, fəxri ada layiq görülməyimi gözləyirdim. Nəhayət Dövlət Başçımız İlham Əliyev məni bu ada layiq gördü. Oğlumla sevincimizin həddi-hüdudu yoxdur (ağlayır). Dünəndən telefonum susmur. Hər kəs təbrik edir. Mənim kimi köməksiz, zəif qadına "Xalq artisti" adına layiq görən Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Ona uzun ömür can sağlığı arzu edirəm. Hər zaman Dövlət Başçımız mədəniyyət və incəsənət nümayəndələrinə böyük dəyər verib".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə