Siyəzəndə “Heydər Əliyevin yaşayan və yaşadan ideyaları” adlı tədbir keçirilib FOTOLAR

“Ümummilii Lider Heydər Əliyevin Anım günü” ilə əlaqədar Siyəzən Heydər Əliyev Mərkəzində Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin və Ş.İsmayılov adına 3 saylı tam orta məktəbin 10 cu sinif şadirdlərinin iştirakı ilə “Heydər Əliyevin yaşayan və yaşadan ideyaları” adlı tədbir keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, ilk olaraq Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxış keçirilİib.

Sonra Mərkəzin direktoru R.Seyidova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib.

"Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda məruzələr və şagirdlərin ifasında şeirlər dinlənilib.

Sonda Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş "Liderlik Fenomeni" sənədli film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə