“Cavid ömrü” filmi “YARAT”da təqdim edilib

“YARAT” Müasir İncəsənət Mərkəzində “Cavid ömrü” filmi nümayişi olunub. SİA xəbər verir ki, filmin rejissoru, Xalq artisti Ramiz Həsənoğludur. Azərbaycanın görkəmli dramaturqu, 37-ci il repressiyalarının qurbanı Hüseyn Cavidin həyatının ən yaddaqalan məqamları, qəddar rejim qarşısında baş əyməyən ədibin və onun ailə üzvlərinin faciəsini əks etdirən filmə Cavidin ən məşhur pyeslərindən parçalar daxil edilib.

Rejissor və yaradıcı heyət tərəfindən təqdim edilən filim 2007-ci ildə ekranlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə