ABŞ Energetika Naziri açıqlama verdi…
...ABŞ Hörmüz boğazına İran təhdidini neytrallaşdırdıqdan sonra mayeləşdirilmiş təbii qaz (LNG) və neft də daxil olmaqla sabit enerji təchizatı bərpa olunacaq.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ-ın Enerji katibi Kris Rayt bunu Fox News-da açıqlayıb.
…Biz onların raketlər və dronlarla zərbə vurma qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədirik və bu azalmanın tempi yaxın günlərdə sürətlənəcək. Buna görə də ehtiyatlı olacağıq, amma enerji təchizatı tezliklə bərpa olunacaq.
Bunu deyən Rayt əlavə edib ki, Fars körfəzindən tədarükün tezliklə gözlənildiyi üçün neft məhsullarının, qazın və gübrələrin qiymətlərinin qısamüddətli artımından narahat olmağa ehtiyac yoxdur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB