NASA “Şəhər qatili” asteroidinin Yerlə toqquşma riskini qiymətləndirir...

...“Şəhər qatili” kimi də tanınan böyük 2024 YR4 asteroidi təkcə Yer kürəsini deyil, həm də Ayı keçəcək.

SİA xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” mənbələrə istinadən məlumat verir.

Jurnalistlər qeyd ediblər ki, tədqiqatçılar bu səma cismini ilk dəfə kosmik standartlara görə çox yaxın hesab edilən 830.000 km məsafədən planetimizi keçdikdən sonra görüblər. Astronomlar daha sonra asteroidin mümkün trayektoriyasını hesablayıblar və onun 24 dekabr 2032-ci ildə geri qayıdacağı və Yerə yaxın uçacağı barədə xəbərdarlıq ediblər.

Onlar həmçinin toqquşmanın mümkün olduğunu da təxmin ediblər.

Alimlər qeyd ediblər ki, əgər asteroid böyük bir şəhərə dəyərsə və onu məhv edərsə, zərbə çox güclü olacaq.

Daha sonra mütəxəssislər proqnozlarını yumşaldaraq, obyektin Yerə dəyməyəcəyini, əksinə 4 faizə qədər ehtimalla Aya toqquşacağını proqnozlaşdırıblar.

Zərbə qüvvəsi Xirosimaya atılan 340 atom bombası ilə müqayisə edilə bilər.

...2026-cı ilin fevral ayında NASA-nın Reaktiv Hərəkət Laboratoriyasındakı Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzinin analitikləri 2024 YR4-ün Aydan 21.200 km məsafədə keçəcəyini, yəni heç bir toqquşma, partlayış və ya kosmik tamaşanın gözlənilmədiyini bildirdilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə