Azərbaycanın İndoneziyadakı səfirliyi İƏT Gənclər Təşkilatı və Muhammadiyah Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrələri təşkil edib.
Səfirlikdən SİA-ya bildiriblər ki, tədbirdə İndoneziyanın müxtəlif ictimai təşkilatlarının nümayəndələri, gənclər və icma liderləri iştirak ediblər. İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və Muhammadiyah Mərkəzi Rəhbərliyinin İcma Təbliğatı İnstitutunun sədri Muchamad Arifin qeyd ediblər ki, belə tədbirlər Azərbaycan ilə İndoneziya arasında dostluq münasibətlərinin inkişafına, eləcə də İslam dünyasında qarşılıqlı dialoq və əməkdaşlığın genişlənməsinə töhfə verir. Həmçinin, İslam dünyasında gənclərin rolunun artırılması, cəmiyyətlərarası dialoqun təşviqi və dəyərlərə əsaslanan diplomatiyanın gücləndirilməsinin vacibliyi qeyd edilib.
Ramazan ayı çərçivəsində səfirlik Cakartada Cənub-Şərqi Asiyanın ən böyük məscidi olan “İstiqlal”da da iftar mərasimi təşkil edib. İndoneziyanın Din Nazirliyinin dəstəyi və Demokratiya və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə uşaq evlərindən olan 250 kimsəsiz uşaq üçün iftar süfrəsi verilib, onlar üçün xoş və yaddaqalan axşam təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB