...Deyim ki, SİA bununla bağlı dünən yazmışdı.
Deməli, Putinin 8 Mart münasibətilə öskürdüyü və çətin nəfəs aldığı video Kremlin səhvən dərc etməsindən üç saat əvvəl qeydə alınıb.
İl yarım ərzində ilk dəfə olaraq videonun metaməlumatları unudulub.
...8 Mart gecəsi Kreml Putinin Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik videosunu yayımladı. Lakin video montaj edilməmiş idi və Putin bir neçə dəqiqə öskürür.
..."Biz izah edə bilərik" onun metaməlumatlarını araşdırıb. Video Kremlin Telegram kanalında dərc edilib və təxminən altı dəqiqə davam edib.
İlk görüntüdən sonra Putin öskürməyə və boğaz ağrısından şikayətlənməyə başlayıb, bundan sonra təbrikin yenidən yazılmasını istəyib.
Kremldən başqa, montaj edilməmiş video bir neçə hökumətyönlü kanalda da yayımlanıb.
Lakin sonradan təbrikin qısaldılmış versiyası ilə əvəz edilib. “MO”-nun qeyd etdiyi kimi, Kremlin mətbuat xidməti də faylın texniki versiyasından metaməlumatları silməyi unutub (onlar bunu son il yarımdır ki, edirlər).
Texniki detallar göstərir ki, Putinin öskürdüyü video yayımlanmadan üç saat əvvəl qeydə alınıb.
Putin müntəzəm olaraq öskürür.
Qeyd edək ki, 2024-cü ildəki canlı yayım zamanı da buna bənzər hal baş vermişdi və o zaman bu, kondisionerlərlə əlaqələndirilmişdi.
Kreml lideri KP təbliğatçısı Aleksandr Qamovun sualını cavablandırarkən yüngülcə öskürərək “kondisionerlərin çalxalandığını” demişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB