Tramp ABŞ-ın İrandakı əməliyyatlarında yeni uğurları ilə “öyündü”..?

...Dəniz Qüvvələri, raketlər və ruslar demiş “ne tolko”...

...ABŞ bu yaxınlarda İranın bütün raket potensialını və Asiya ölkəsinin donanmasının 42 gəmisini də məhv etdi.

SİA xəbər verir ki, CBS News-un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

…Etdiyimiz iş inanılmazdır. Raketlər parçalanıb, həqiqətən də çox az qalıb. Dronlar da partladılıb və hazırda raket və dron zavodlarını partladırlar, - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, İran donanması da dənizin dibində yoxa çıxıb.

Ümumilikdə, ABŞ qüvvələri və müttəfiqləri İran donanmasının 42 gəmisini məhv edib və ölkənin hava qüvvələri də məhv edilib.

…Onların qüvvələrinin hər bir elementi yoxa çıxıb. Onların liderliyi yoxa çıxıb. Biz əvvəllər heç vaxt görmədiyimiz səviyyədə və olduqca sürətlə qalib gəlirik, - deyə ABŞ prezidenti əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə