Nic qəsəbəsində kitab sərgisi FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayonu üzrə “Pilot layihəsi” çərçivəsində Nic qəsəbəsində mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxuma mədəniyyətinin təbliğı məqsədi ilə səyyar kitab sərgisi təşkil olunub.

SİA-nın məlumatına görə, səyyar kitab sərgisində Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə yanaşı Nic qəsəbə və Çuxur Qəbələ, Mıxlıqovaq kənd kitabxana filialları da iştirak edib.

Bu tədbiri keçirməkdə məqsəd Qəbələ rayonunda fəaliyyət göstərən kitabxanalarda ədəbiyyat, xüsusi ilə uşaq ədəbiyyatına olan meyili yüksəltmək, müxtəlif yaşlı oxucularda mütaliəyə marağı artırmaqdır.

Sərgidə İsmayıllı İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Qəbələ rayonu MKS-in direktoru Anar Rüstəmli, Nic qəsəbəsi 2 saylı tam orta məktəbinin direktoru Valeriy Marderosov, Yaradıcılıq Mərkəzinin direktoru Vitaliy Koçarxoy, “Ürayin” Ulu Mədəniyyət Mərkəzinin direktoru Oleq Danakari, məktəblilər və əksəriyyəti udi milliyətli olan Nic qəsəbəsinin ictimaiyyəti və sakinləri iştirak ediblər.

Sərgini Mərkəzin direktoru Asif Usubəliyev açaraq dövlətimizin sosial-siyasi həyatında multikulturalizmin oynadığı roldan söhbət açıb. Daha sonra mövcud istiqamətdəki dövlət və mədəniyyət siyasətindən sərgi iştirakçılarına məlumat verib.

Qeyd olundu ki, rayon və kənd kitabxanalarında, onların filiallarında latın qrafikası ilə olan uşaq ədəbiyyatının azlığını nəzərə alaraq belə səyyar tədbirlərin təşkil edilməsi olduqca əhəmiyyətlidir.

Tədbir zamanı Nic qəsəbəsinin Uşaq Musiqi Məktəbi yetirmələrinin hazırladıqları azərbaycan, udi və ingiliz dilində bədii qiraət kompozisiyasının nümayişi də sərgiyə gələnlərə xoş ovqat bağışlayıb.

Sonda Mərkəz tərəfindən təsis olunmuş mükafatlar məktəbin direktoruna və fəal iştirakçılara təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə