Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında fransız yazıçısı Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanmış “Çəkməli Perro və Şahzadə Pyer” tamaşasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulmuş səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Rolları aktyorlardan Allahverən Babayev, Hikmət Cəfərov, Səyad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov, Aysel Babazadə, Günel Abbaszadə, Ülkər Quliyeva və Nizami Qurbanov ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə