Əli Kərimliyə qəssab kötüyü... KÖŞƏ YAZISI


Bu başlığı elə-belə yazmamışam. Əli Kərimli kimi satqın və əxlaqsızların özünü "siyasətçi" adlandırması və sonra da sosial şəbəkələrdə oturub ağzını qoyub... atdığı böhtanların bədəlini ödəməyin isə ona baha başa gəldiyini, hələ də anlamır. O, anlamır ki, siyasət böyük işdir; amma bu işdə satılıb-satanla olanda ortaya siyasət yox, "siyasi ət" çıxır. Bu gün həmin satan-satılan kiçik, türkiyəlilərin təbirincə desək, küçük adamlar virtual sallaqxanalardan özlərinin siyasi ətlərini camaata sırımağa çalışırlar. Belələrilə nə etmək lazımdır? Əlbəttə ki, baltalamaq! Ə.Kərimli kimi, "siyasi ət" kötüklərini məntiq kötüyünün üstünə uzadıb, elə baltalamaq lazımdır ki...

Bir məsələ var ki, Ə.Kərimli kimilər o qədər həyasız məxluqlardır ki, təki qrant alsınlar, min yerə şaqqalanmağa belə razı olarlar. Özü də, bu, o Ə.Kərimlidir ki, bütün fəaliyyətini, "facebook"da, kompüter qarşısında oturaraq, yersiz çıxışlar etmək üzərində qurmaqla, stəkanda fırtına görüntüsü yaratmağa cəhd edir. Elə son günlər əmək haqlarının artması ilə bağlı Sərəncamın sentyabrın 1-də reallaşmasına kölgə salaraq, bu artımın "ölkəni krizis vəziyyətinə" salacağını deməklə, nə qədər alçaq və iyrənc əməllərindən əl çəkmədiyini göstərir. Ancaq bu, heç bir şeyi dəyişmir. Çünki xalq öz dövlətinə güvənir və həmişə də bir daya olacaqdır. Ə.Kərimli kimi satqın məxluqlar isə, yeri gəlsə, ölkədə əldə olunan uğurlara kölgə salmaq üçün, hətta özünü auksiona çıxarmağa belə razıdır. Təki ölkədə siyasi sabitlik pozulsun. Ancaq bu ət kötüyü, anlamır ki, xalq-iqtidar birliyi o qədər güclüdür ki, Ə.Kərimli kimi iblislər heç nəyə nail ola bilməyib və bilməyəcəklər də. Ona görə də Ə.Kərimli öz günün, ağlayır ki, 26 ildir özünün bütün iyrənc əməllərini nümayiş etdirsə də, hələ də bir şeyə nail ola bilmir. Bu isə xarici qüvvələrdən qopmamaq istədiyi qrantların əldən getməsi deməkdir.
AXCP sədrinin xəyanət xronologiyasına nəzər salsaq, onun bir məxluq olaraq, siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparar. Bu yerdə ASDP sədri Araz Əlizadənin dediklərini bir daha xatırlatmaq yerinə düşər: "AXCP tarixində Ə.Kərimli qədər pozuçuluq fəaliyyəti, Ə.Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci şeytan cildinə girən iblis olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Ə.Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".
Bax, budur Ə.Kərimlinin iblis xisləti. Ancaq çi fayda ki, bu plan da baş tutmadı. Çünki satqınçılıq və xəyanətin ömrü az olur. Məgər bu reallıq dəfələrlə təsdqini tapmayıbmı?

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...