Dəyərsiz liderlərin boşboğazlığı

Nədənsə, Azərbaycana düşmən kəsilən kömür kimi qara qüvvələr ağızlarından düşən hər bir kəlmələrində, hər bir ifadələrində "YAP nə etdi ki, Azərbaycan üçün, xalq üçün?" tipli ağıldan kənar, mənasız suallar yağdırırlar. Bu gün bu dəyərsiz boşboğaz müxalifət ünsürlər tabeçiliyi altında olan mətbuat səhifələrində və sosial şəbəkələrdə onların diqtəsi ilə yazarlıq deyil, yozarlıq edən azyaşlı qələmkeş və mirzəcik tayfaları guya dünyanın müxtəlif filosoflarından, ya da ictimai-siyasi xadimlərindən sitatlar gətirərək öz köşə yazılarının ora-burasını o ki, var bəzəyib-düzəyirlər. Nə bilim, dahi rus yazarı filankəsovski belə demişdi, qədim Çin filosofu fi-lan-kəs də elə ifadə etmişdi... Necə deyərlər, "çevir tatı-vur tatı" prinsipindən o tərəfə keçə bilməyən müxalifət köşədarlarının ağıllarına da gəlmir ki, YAP kimi nəhəng partiya zərurətdən yaranarkən, onların əksəriyyəti o zamankı "Malış" smesi yeyib, üstündən də əmzik əmirdilər. Yəni ən azından, onların bu barədə hap-gop etmələri yersizdir. Çünki YAP yarananda onların yaşları bir-ikidən o tərəfə keçmirdi. Ona görə də yaşları qədər ... yesələr daha yaxşı olardı. Qaldı ki, onların verdikləri sərsəm suala belə bir cavab(lar) verəcəyəm. YAP Azərbaycan xalqı üçün əsil, həqiqi müstəqillik və azadlıq gətirdi. YAP yeganə partiyalardandır ki, yarandığı dövrdən az müddət sonra, yəni bir il ərzində müxalifət düşərgəsindən iqtidara gəldi. YAP-ın yaranması Azərbaycan xalqının dəstəyi nəticəsində baş verdi. YAP xalqın partiyasıdır. YAP Azərbaycanı AXC-Müsavat kimi xəyanətkar cütlüklərdən, satılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qorudu, hifz etdi. 25 il öncəki İsa Qəmbər, Əli Kərimli elə 25 il sonra da dəyişilməz qalaraq, müxalifətdəki dəyərsiz ömür səhifələrini vərəqləməklə məşğuldurlar. YAP öz gücü və qüdrəti ilə, xalqına güvənib, bu kimi xəyanətkarların hakimiyyətə gələrək yenidən Azərbaycanı didib-parçalamalarına, imkan vermir, verməyəcək də! BAX, BUDUR YAP, hörmətsiz müxalifət mirzəciklərinin bədbəxt liderləri!!!

Və bir də həyata daha real baxmaq lazımdır... Yoxsa Azərbaycanı gah filan ölkə, gah da behməkan ölkə ilə haqsız müqayisə edərək, binəva liderləri qarşısında beş-üç dollara görə oyunbazlıq etməyə başqa cür ad da vermək mümkün deyil. Müxalifət köşədarları lüğətlərdə axtarıb-tapdıqları əndrəbadi ifadələri yazmaqdansa, dahi filosofların kəlamlarının ucundan tutub, ucuzluqlara qədər getməkdənsə, Müsavat, AXCP kimi xəyanətkar partiyaların fəaliyyətlərini dəstəkləməkdənsə, öz haylarına qalsınlar. Hər kəs bilir ki, boş-boş guruldamaqdan heç nə çıxmayacaq. Hətta satıldıqları xarici ağaları da, əslində, belə guruldamaqlara fikir vermirlər. Ayrı-ayrılıqda AXCP-ni və Müsavatı "Azərbaycanın xilaskarı", ölkəni guya demokratiyaya, azadlığa və demokratiyaya qovuşduran alternativsiz qüvvələr adlandıran mirzəciklər boş-boş eyforiyalara qapılmaqdan başqa heç nə edə bilmirlər. Və müxalifətin işlətdiyi bu kimi ifadələr illərdir ki, xalqın baş-beynini aparıb. Çünki bunlar öz yüngüllükləri ilə YAP-ın həqiqi ağırlığına tap gətirə bilmirlər.

İllərdir ki, "ha bugün, ha sabah, ha birigün, ha indicə, bu saat hakimiyyətə gələcəyik" deyə özlərinə toxdaqlıq verən xain qüvvələr hələ də "gəlirlər ki, gəlirlər". Adama deyərlər ki, siz nə demokratiyadan istifadə edərək hakimiyyətə gələ bildiniz, nə də dağıdıcılıq yolu ilə iqtidara yiyələnə bildiniz. Yəni nə o yolla, nə də bu yolla heç bir zad etməyə gücünüz, qüdrətiniz çatmadı. İndi boş-boş danışıb, YAP-a qısqanc nəzərlərlə baxıb, həzmetməzlik nümayiş etdirməkdənsə, məncə, həyata daha real, daha açıq gözlə baxmağı bacarmaq lazımdır. Bacarmırsınızsa, onda bu da sizlərin öz probleminizdir...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...