Luqansk Xalq Respublikasının (LXR) Moskvadakı nümayəndəsi Rodion Miroşnik Rusiyanın yeni ərazilərinin inteqrasiyasında növbəti mühüm addım adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” verir.

“Keçid dövrü başlayıb. İndi isə birinci və ən vacib şey tam azad olmaq və təhlükəsizlik olacaq”.

Miroşnik əlavə edib ki, hərbi hissələri təhriflər və yanaşma fərqləri olmadan yaxşı əlaqələndirilmiş döyüş mexanizmində birləşdirmək lazımdır.

O qeyd edib ki, Rusiyanın yeni regionlarının inteqrasiyası üçün məsuliyyət yerli hakimiyyət orqanlarının üzərinə düşür.

Xatırladaq ki, bundan əvvəl, oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin müqavilələrin ratifikasiyasını təsdiqləyib və Donetsk və Luqansk Xalq Respublikalarının (DNR və LNR), habelə Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında federal konstitusiya qanunlarını imzalayıb.

Bu sənədlərə əsasən, yeni bölgələrin sakinləri ərazilər Rusiyanın tərkibinə daxil olduğu gündən - sentyabrın 30-dan Rusiya vətəndaşları kimi tanınır və federasiyanın subyektlərinin sayı 85-dən 89-a yüksəlir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə