Kiyev Qərbdən hərbi dəstəyi artırmağı xahiş edir

“...Bu tamaşanın iradə ifadəsi ilə heç bir əlaqəsi yoxdur və Ukraynanın inzibati-ərazi quruluşu və beynəlxalq səviyyədə tanınmış sərhədləri üçün heç bir nəticə vermir”.

Beləliklə, Rusiyanın işğal etdiyi ərazilərdə keçirilən “referendumları” “fars” adlandıran Ukrayna hakimiyyəti, NATO, Avropa İttifaqı və G7-dən Rusiya Federasiyasına qarşı sanksiyaları gücləndirməyi, həmçinin Kiyevi uzaqmənzilli silahlarla təchiz etməyi xahiş edib. SİA bu barədə xarici qaynaqlara istinad edir.

Ukrayna Xarici İşlər Nazirliyinin saytında “referendum”un başa çatması ilə əlaqədar G7-yə, Avropa İttifaqına və NATO-ya müraciətdə deyilir ki, Qərb Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmalı və Kiyevə silah tədarükünü artırmalıdır.

“...Bu tamaşanın iradə ifadəsi ilə heç bir əlaqəsi yoxdur və Ukraynanın inzibati-ərazi quruluşu və beynəlxalq səviyyədə tanınmış sərhədləri üçün heç bir nəticə vermir”.

Qeyd edək ki, bundan əlavə Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, işğal olunmuş ərazilərdə bu psevdoreferendumların təşkilində iştirak etmiş Ukrayna vətəndaşları Ukrayna Cinayət Məcəlləsinin müddəalarına uyğun olaraq cəzalandırılacaqlar...və müvafiq strukturlar artıq həmin şəxslərin axtarıçına başlayıb.

Maraqlıdır ki, Ukrayna Xarici İşlər Nazirliyi ölkələri münaqişənin diplomatik üsullarla həlli cəhdlərindən əl çəkməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Cozef Bayden DXR və LPR-ə, habelə onun nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin ərazilərinə qoşulmaq üçün referendumların keçirilməsini “uydurma” adlandırıb və Rusiya üçün əlavə iqtisadi xərclərlə hədələyib.

NATO-nun baş katibi Yens Stoltenberq də referendumları “qondarma”, “legitimsiz və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin xarakterini dəyişdirməyən” adlandırıb.

Onun sözlərinə görə, “bu, Putinin müharibəsinin daha da genişlənməsidir. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn bu kobud şəkildə pozulmasını pisləməli və Ukraynaya dəstəyi artırmalıdır”,

Qeyd edək ki, Stoltenberq bunu “Tvitter “hesabında yazıb.

…ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild sentyabrın 27-də BMT Təhlükəsizlik Şurasına Rusiyanın Ukraynanın işğal olunmuş rayonlarında keçirdiyi “referendumları” pisləyən qətnamə təqdim edib. ABŞ-ın Albaniya ilə birgə təqdim etdiyi qətnamə BMT Təhlükəsizlik Şurasını Ukraynanın ərazi statusunda hər hansı dəyişikliyi tanımamağa çağırır, həmçinin Rusiyanı qonşu ölkədən qoşunlarını çıxarmağa məcbur edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə