Zelenski müharibənin başa çatması üçün yeganə şərtini bildirdi

Bütün dünya fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan müharibənin içinə girib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iki ordu arasında qanlı toqquşmalar davam edərkən, Ukrayna prezidenti Zelenskidən flaş açıqlamalar gəldi. Ukrayna lideri Rusiya ilə müharibənin necə bitəcəyini açıqlayıb.

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsindəki müharibənin Krımda başladığını bildirib. “Müharibə Krımın azad edilməsi ilə başa çatmalıdır”, - deyə Zelenski bildirib. Rusiya Ukraynanın bir hissəsi olan Krımı 2014-cü ildə beynəlxalq ictimaiyyətin qeyri-legitim hesab etdiyi referendumdan sonra ilhaq edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə