"Bazar günü gecə Ukrayna Rusiyanın Kursk və Beloqorod şəhərlərini “Toçka-U” raketləri və PUA-larla atəşə tutub, zərbə mülki əhaliyə endirilib". SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu gecə Moskva vaxtı ilə saat 03:00-dan 03:30-a qədər Kiyev rejimi kasetli mərmili “Toçka-U” ballistik raketləri və “Tu-143” PUA-ları ilə Belqorod və Kursk şəhərlərində hərbçilərin olmadığı yaşayış məntəqələrinə qəsdən zərbə endirib: "Raket hücumu məqsədyönlü şəkildə planlaşdırılıb və Rusiya şəhərlərinin mülki əhalisinə qarşı həyata keçirilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə