Bunun da Rusiyaya heç bir mənfi təsiri olmayacaq?

...Ruslar da deyir ki, Avropa İttifaqı bundan sonra bizim qızılımıza yox, lap gümüşümüzə belə sanksiya qoysa... bu bizim üçün elə bir önəm kəsb etmir.

Çünki Rusiya qızıl mədən şirkətləri qiymətli metal üçün yeni bazarlar axtarmağa ehtiyac duymayacaqlar. Bundan əlavə, bunun Rusiya sənaye üçün ciddi itkilər ehtimalı azdır.

Qeyd edək ki, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri “Total Research” şirkətinin strateji tədqiqatlar departamentinin mütəxəssisi Nikolay Vavilov bildirib.

Onun sözlərinə görə, əvvəllər ölkədə bütün investisiya qızılını Rusiya Bankı, zərgərlik məmulatlarını Hindistan və Çin alıb. Buna görə də, Vavilov əmindir: qızıl mədənçiləri hətta satışın istiqamətini dəyişməli belə olmayacaqlar,

Xatırladaq ki, daha əvvəl “Böyük Yeddilik”in üzvü olan Böyük Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata cavab olaraq Rusiya qızılının alınmasına qadağa qoymağı planlaşdırdıqlarını bəyan etmişdilər. Qeyd edək ki, verilən məlumatlara görə, qadağa yaxın vaxtlarda qüvvəyə minə bilər və Rusiya mənşəli yeni emal edilmiş qızıla şamil ediləcək. Maraqlıdır ki, bu sanksiya əvvəllər alınmış qızıla təsir etməyəcək.

O da maraqlıdır ki, rus mətbuatına sızan xəbərlərə görə, guya Rusiya Qərbə qızıl tədarükü ilə bağlı ona qarşı sanksiyalar tətbiq olunarsa, bu halda Rusiya öz qızılının satış istiqamətini “şor qiymətinə də olsa” belə Asiya bazarlarına yönəldə bilər. Sadəcə, Avropaya “yanıq” vermək üçün.... Rusun, (əslində bu qızılların çoxu qədim Türk torpaqında-Saxada çıxarılır-A.B.) qızılı çox, alıcısı yox...bəs, başqa nı etməlidir?

Bu arada milli valyutaların inflyasiyası və Rusiyanın Qərb banklarındakı valyuta ehtiyatlarının dondurulması bir sıra inkişaf etməkdə olan ölkələrin səlahiyyətlilərini qızılın ehtiyat kimi dəyəri haqqında düşünməyə vadar edib.

Məsələn, Misir bu ilin birinci rübündə qızıl alışında lider olub, ikinci yerdə Türkiyə, daha sonra Hindistan və İrlandiya gəlirlər.

Hətta Ekvador da bu yaxınlarda, necə deyərlər “küyə düşüb” qızıl alışına girişib.

Belə görünür, Avropa İttifaqının bu cəhdi də uğuruz olacaq?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə