"...NATO-nun genişləndirilməsi ABŞ-ın “oyunudur”"

ABŞ NATO-da İsveç və Finlandiya da daxil olmaqla Rusiya ilə hərbi münaqişə yaratmaq istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri Türkiyənin “Hürriyet” qəzetində köşə yazarı Nedim Şener bəyan edib.

O, iddia edir ki, Vaşinqtonun məqsədi qlobal hegemonluğunu və NATO-nun təsir dairəsini genişləndirməkdir.

“Türkiyə yox desə və iki ölkənin NATO-ya üzvlüyünə veto qoysa, bu, bütün dünya, xüsusən də İsveç və Finlandiya üçün mühüm addım olacaq”, - deyə jurnalist bildirib.

Şener əlavə edib ki, alyansın genişlənməsinə qarşı çıxan Ankara Moskvanın təxribatı ilə ABŞ-ın oyununu pozmağa qadirdir.

Bir daha xatırladaq ki, bir qədər bundan əvvəl müraciət edən ölkələrin NATO-ya üzvlüyünə qarşı çıxan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra bir sıra şərtlərlə sənədi imzalamağa razılıq verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...