Xəbər aparıcısının canlı yayımda düymələri açıldı FOTO

Amerikanın ictimai və siyasi televiziya şousu olan “60 Minutes” verilişinin aparıcısı Tara Braun efirdə xoşagəlməz hadisə ilə üzləşib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, 53 yaşlı amerikalı xəbər aparıcısı 11 sentyabr hadisəsindən sağ çıxan şəxsdən müsahibə alarkən köynəyinin düymələri açılıb. Tara bir müddət nə baş verdiyini anlamayıb. Qonaqla söhbətinə davam edərkən refleks olaraq əllərini yuxarı qaldıran aparıcının yaxa düymələri daha geniş açılıb.

Qeyd edək ki, xanım aparıcı efir zamanı etdiyi diqqətsizliyə görə rəhbərlik tərəfindən töhmət alıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə