Tənbəl poçtalyon 7 min məktubu meşəyə atdı

Yaponiyanın Osaka prefekturası insanı heyrətə gətirən hadisəyə səhnə olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tondabayaşi şəhərində işləyən 20 yaşlı poçtalyon 7 min məktubu sahiblərinə təhvil verməyərək zibil qutusuna atdığı səbəbilə həbs edilib. Yanvarın 16-da yüklərlə dolu kisələri meşə ərazisinə boşaldarkən ətrafdakıların polisə xəbər verdiyi Yasuyuki Hara, tezliklə yaxalanıb. Polisə ifadəsində ittihamları qəbul edən şübhəli, işinin yorucu olduğunu bildirərək yükləri əvvəlcə maşınına qoyduğunu sonra isə tənbəllik etdiyi üçün meşəlik əraziyə atdığını etiraf edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə