Ərdoğanın Qətər səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərə 2 günlük səfəri başa çatıb.

SİA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Prezidenti, xanımı Əminə Ərdoğan və böyük rəsmi heyət olan təyyarə Ankara Esenboğa hava limanına eniş edib.

Türkiyə-Qətər 7-ci Yüksək səviyyəli Strateji Komitəsinin iclası çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə 2 günlük rəsmi səfəri çərçivəsində müxtəlif görüşlər keçirib və müqavilələr imzalayıb.

Səfər çərçivəsində Ərdoğan Türkiyə Birləşmiş Müttəfiq Qüvvələri Komandanlığını ziyarət edib.

R.T.Ərdoğanı hava limanında vitse-prezident Fuat Oktay qarşılayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə