"Taliban" lideri və nazirləri nə qədər "qazanırlar"?

"Taliban" hökumətində dövlət işçilərinin aldığı maaş açıqlanıb.

SİA xəbər verir ki,, bunu Maliyyə Nazirliyinin sözçüsü Əhməd Vəli Hakmal açıqlayıb. O bildirib ki, "Taliban" lideri Heybətullah Axundzadə ayda 2400 dollar, baş nazirin müavini Məhəmməd Həsən 2060 dollar alır. Nazirlərin aylıq maaşları 1430 dollardır.

Qeyd edək ki, əsgərlərin aylıq maaşı isə 52 dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...