Suriyada 10 neftçi terror nəticəsində öldürülüb

Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin Əl-Hərrat neft yatağında azı 10 işçi terror aktı nəticəsində həlak olub, bir nəfər yaralanıb.

SİA xəbər verir ki, işçiləri daşıyan iki kiçikhəcmli avtobus İŞİD-in terror hücumuna məruz qalıb.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Deyr əz-Zor əyalətinin qubernatoru Fadel Nəcar hücumu müəssisə və fabriklərin bərpasına mane olmaq cəhdi kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...