Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hocul yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması fonunda ştat ərazisində fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı fərman imzalayıb.

SİA xəbər verir ki, sənəd qubernatorun saytında yerləşdirilib.

Qeyd olunub ki, ötən ay ərzində ştatda günədlik yoluxma sayı 300 nəfər təşkil edib.

“Mən, Nyu-York ştatının qubernatoru Keti Hochul, konstitusiya əsasında və ştatın qanunları ilə mənə verilmiş səlahiyyətlərə görə 2022-ci il yanvarın 15-dək bütün Nyu-York ştatında fövqəladə vəziyyət elan edirəm”, sənəddə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...