Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 180 min 252-yə çatıb.
SİA xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 562 min 610 nəfər müayinə olunub.
Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 8 min 993 nəfərdən götürülən testlərin 1643-nin nəticəsi müsbət çıxıb.
Ölkədə ümumilikdə COVID-19-dan 1454 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən 159 min 254 nəfər təşkil edir.
Əhalisinin ümumi sayı Azərbaycanla nisbətdə 8 dəfə az olan Estoniyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Estoniya hökuməti koronavirusa yeni yoluxma hallarının artacağını və əhalini sanitar normalara riayət etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB