Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 677 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 928 211 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 863 nəfər, hazırkı dövrədək isə 871 803 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...