1,7 milyon dollarlıq yeraltı sərvət oğurluğu

Ermənistanın Milli Təhlükəsizlik Xidməti yeraltı sərvətlərin istifadəsi sahəsində sui-istifadə hallarını aşkarlayıb.

2012-2019-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkət Kotayk əyalətinin Zoravar icması ərazisində yeraltı istifadə icazəsi və digər sənədlər olmadan qanunsuz olaraq qazıntılar həyata keçirib.

Nəticədə bazaltın 250 min kubluq qanunsuz hasilat həyata keçirilib. Dövlətə 816,5 milyon dram ( 1,7 milyon ABŞ dollarından çox-red) məbləğində vergilər və başqa ödmələr həyata keçirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə