İlon Maskın yeni layihəsi təyyarələr üçündür

İlon Maskın rəhbəri olduğu SpaceX şirkəti yeni layihə hazırlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir çox sahədə fərqlənməyi bacaran bu şirkət genişzolaqlı peyk şəbəkəsi vasitəsilə sərnişin təyyarələrini internet bağlantısı ilə təmin etməyi planlaşdırır.

Xüsusilə uzunmüddətli uçuşlar üçün internet bağlantısının olması çox vacibdir. Bu səbəbdən sözügedən xidmətin bir çox hava yolu şirkəti tərəfindən istifadəyə verilməsi gözlənilir. Bütün dünyada istifadə edilməsi planlaşdırılan bu xidmətin qiyməti isə 99 dollardır.

Boeing 737, Airbus A320 ve Gulfstream təyyarələri ilə hələlik Beta testləri davam etdirilir. Nəticələr uğurlu olduğu təqdirdə digər təyyarə növlərinin əksəriyyətində də mövcud internet bağlantısından istifadə ediləcəyi gözlənilir.

Adətən bu kimi yeni texnologiyaların inteqrasiyası son dərəcə çətin olduğundan istifadəyə veriləcəyi tarixlə bağlı dəqiq məlumat verilməyib. Yük maşınlarında, yük gəmilərində, avtomobillərdə və bəzi təyyarələrdə beta testləri davam etdirilir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə