Avtobus dava edən gəncləri vurdu

Şənbə günü səhər Polşanın cənubundakı Katovis şəhərində ağılasığmaz bir hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhərin mərkəzindəki bir gecə klubunda əyləndikdən sonra səhər evə getmək üçün klubdan çıxan bir qrup gənc naməlum səbəbdən öz aralarında dava etməyə başlayıb. Şəhərin mərkəzi nöqtələrindən biri olan küçədə meydana gələn hadisədə gənclər yolda döyüşüb. Gənclər piyada keçidində vuruşarkən, planlaşdırılan səfərdə olan bələdiyyə avtobusu gənclərin olduğu yerə yaxınlaşıb. Bir müddət siqnal verərək yolun açılmasını gözləyən avtobus sürücüsü, yol açılmadıqdan sonra avtobusu gənclərin üzərinə sürüb. Nəticədə, avvtobus 19 yaşlı gənc qadını vurub.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə