ABŞ İranın uranı 60 faizə qədər zənginləşdirmək niyyətinin təxribat olduğunu bildirib

ABŞ İranın uranı 60 faizə qədər zənginləşdirməyə başlamaq niyyətinin təxribat olduğunu hesab edir.

SİA-nın məlumatına görə, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, İranın bu addımı Tehranın nüvə probleminin həllinə yönəlmiş danışıqlara bağlılığına şübhə yaradır: "İranın uranı 60 faizə qədər zənginləşdirmək niyyəti ilə bağlı təxribat xarakterli açıqlamasını ciddi qəbul edirik. "5+1" qrupu bunu rədd etməlidir. Bu addım İranın nüvə danışıqları ilə əlaqəli ciddiliyini şübhə altına alacaq və Birgə Hərtərəfli Fəaliyyət Planına qarşılıqlı bağlılığa qayıtmağın vacibliyini vurğulayır".

Xatırladaq ki, ötən gün İranın xarici işlər nazirinin müavini Abbas Araqçı ölkəsinin aprelin 14-dən uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayacağını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə