Böyük Britaniyada son sutka ərzində 6391 nəfər koronavirusa yoluxub

Böyük Britaniyada son sutka ərzində 6391 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 188 400 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 343 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 123 296 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə