Bu gündən Rusiya və İsveçrə hava əlaqəsini bərpa edirlər

Avqustun 15-dən Rusiya və İsveçrə koronavirusa pandemiyası görə dayandırılmış hava əlaqəsini bərpa edirlər.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, ölkələr arasında uçuşları "Aeroflot" aviaşirkəti həyata keçirəcək.

Məlumata əsasən, ilk reys bu gün saat 14:50-də Moskvadan Cenevrəyə həyata keçiriləcək.

Bildirilir ki, həftədə bir aviareysin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə