İranda daha 2 548 nәfәr koronavirusa yoluxub

İranda ötәn sutka әrzindә daha 2 548 nәfәr koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. SİA İran mətbuatına istinadən xəbər verir ki, belәliklә, İranda bu virusa yoluxanların sayı 306 752 nәfәrә yüksәlib. Virus daşıyıcılarından 4 011 nәfәrin vәziyyәti ağırdır.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 216 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 16 982 nәfәrә çatıb.

Nazirlik rәsmisi İranda 265 830 nәfәrin koronavirusdan sağaldığını deyib. Bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Fars, Şәrqi Azәrbaycan, Әrdәbil, İsfahan, Әlborz, İlam, Rәzәvi Xorasanı, Kirman Şimali Xorasan, Simnan, Lorestan vә Hörmüzqan vilayәtlәri qırmızı zona hesab olunur.

İranda indiyәdәk 2,48 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə