Kraliça II Yelizaveta İngiltərə xalqına səslənəcək

Kraliça II Yelizaveta yeni koronavirus (Covid-19) səbəbiylə minlərlə qurban verən britaniyalılara səslənəcək. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Bekinqem Sarayından verilən açıqlamada Kraliçanın koronavirus epidemiyası ilə bağlı bir video hazırladığı və bazar günü axşam yayımlanacağı bildirillib.

Epidemiya səbəbiylə əri Şahzadə Filip ilə Londondakı sarayından 35 kilometr uzaqlıqda yerləşən Windsor qalasına gedən 93 yaşlı Kraliça xalqa mesajında onlara dəstək olacağını bildirəcəyi gözlənilir.

Taxtdakı 68 il ərzində yalnız dörd dəfə millətə səslənən Kraliçanın bazar günü çıxışı bu baxımdan vacib sayılır.
Xatırladaq ki, Kraliça bundan əvvəl 1991-ci ildə Körfəz müharibəsi, 1997-ci ildə Şahzadə Diananın ölümü, 2002-ci ildə anasının ölümü və nəhayət 2012-ci ildə taxtın 60 illiyi ilə əlaqədar İngilislərə müraciət edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə