Rusiyanın Kuril adalarında 7,5 bal gücündə zəlzələdən sonra - Sunami xəbərdarlığı

Rusiyanın Uzaq Şərq Federal Dairəsində Kuril adalarında 7,5 bal gücündə zəlzələ baş verib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir. Zəlzələ nəticəsində ölən və yaralanan olmayıb. Lakin Sakit Okean Sunami Mərkəzi Havay adasında Severo, Saxalin və ABŞ üçün sunami xəbərdarlığı edib.

ABŞ Geoloji Xidməti, Kuril adalarının Severo bölgəsindən 213 kilometr cənub-şərqdə meydana gələn 7,5 bal gücündə zəlzələnin yerin 56,7 kilometr dərinliyində meydana gəldiyini açıqlayıb.

Zəlzələdə ölən və yaralanan yoxdur

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada, zəlzələdən sonra lazımi işlərin təşkil edildiyi və ilkin təyinatlara görə ölən, yaralanan və dağıntı olmadığı bildirilib.

"Severo-Kurilskdə baş verən zəlzələdən sonra meydana gələn sunami, təxminən 50 santimetr yüksəklikdə meydana gəlib. Sunami təhlükəsi davam edir" deyərək, meydana çıxa biləcək təhlükə səbəbiylə təxminən 400 adam bölgədən etibarlı bir yerə təxliyə edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...