Moskvada istilik rekord həddə çatdı

Rusiyanın paytaxtı Moskva son 130 ilin ən isti qışını yaşıyır. SİA xəbər verir ki, ölkədə qış yuxusuna gedən heyvanlar qış yuxusundan erkən oyanıb.

Paytaxt Moskvada havanın istiliyi rekord həddə çatıb. Yeni ildə qar görməyən paytaxtda qış atmosferi yaratmaq istəyən məmurlar tətil günlərində süni qar gətiriblər.

Qar olmaması ilə yanaşı, Moskva çayında meydana gələn qalın buz təbəqəsi bu il özünü göstərmədi.

Belə ki, fevralın ortalarında paytaxtda havanın temperaturu +2 dərəcədir, bu nəticə ilin bu vaxtında görülən adi temperaturdan çox fərqlidir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...