ABŞ xəsarət alan hərbçilərinin sayını açıqladı

ABŞ-ın İraqdakı hərbi bazasına İranın atdığı raket nəticəsində zərər çəkən əsgərlərin sayı barədə məlumat verilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-dakı mənbələr yayıb.

Məlumata görə, yanvarın 8-də İranın ABŞ-ın İraqdakı hərbi bazalarına hücumu nəticəsində 11 əsgər kantuziya alıb. ABŞ Mərkəzi Komandanlığı məlumatı təsdiqləyib.

Xatırladaq ki, İran yanvarın 3-də Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ bazasını hədəfə alıb. Vaşinqton isə, ABŞ əsgərləri arasında itki olmadığını bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...