Suriyaya 900-dən çox qaçqın qayıdıb

Sutka ərzində 900-dən çox suriyalı qaçqın xarici ölkələrin ərazisindən Suriyaya qayıdıb. SİA-nın məlumatına görə, bu barədə RİA "Novosti"yə istinadən xəbər verib. Müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir. "Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 927 qaçqın geri dönüb. Belə ki, Livanın "Jaydet Yabus", "Tell-Kalah" keçid məntəqələrindən ümumilikdə 398 nəfər (120 - qadın, 203 - uşaq) , İordaniyanın "Nasib" keçid məntəqəsindən isə ümumilikdə 529 nəfər (qadın - 159, uşaq - 270) Suriyaya geri dönüb", - deyə bülletendə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə