YPG/PKK terror təşkilatı qanlı terror hücumlarını davam etdirir

Rəsulaynda törədilən terror aktı nəticəsində 2 mülki şəxs həlak olub, 10-dan çox adam yaralanıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, PKK/YPG terror təşkilatının Rəsulaynda minalanmış nəqliyyat vasitəsi ilə törətdiyi terror aktı nəticəsində 2 mülki şəxs həlak olub,10-dan çox adam yaralanıb.

"Uşaq qatili PKK/YPG İŞİD kimi qanlı terror hücumlarını davam etdirir. Qəddar terror təşkilatının Rəsulaynda minalanmış nəqliyyat vasitəsi ilə törətdiyi terror aktı nəticəsində 2 günahsız vətəndaş həlak olub, 10-dan çox mülki şəxs yaralanıb", məlumatda belə deyilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...