Meksikanın Çiapas əyalətinin sahillərində 6,3 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat verib. Seysmoloqların bildirdiyinə görə, zəlzələ Meksika vaxtı ilə 04.27-də qe4ydə alınıb. Təbiət hadisəsinin episentri Puerto Madero kəndindən 110 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin mərkəzi 60 kilometr dərinlikdə, gücünün isə 6.3 olduğunu qeyd edib.

Hazırda zərər çəkən, təlagat və dağıntılar haqqında məlumat verilmir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə