ABŞ-ın Miçiqan ştatında universitetdə silahlı insident baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Maunt-Plezant şəhərində qeydə alınıb. İlkin məlumata əsasən, insident nəticəsində 2 nəfər ölüb. Hadisə ilə əlaqədar bir nəfərin axtarıldığı bildirilir. Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə